• $
  • €
  • ₽
  • ₺
  • £

Legioner futbolçular Türkiyədən qaçır

Legioner futbolçular Türkiyədən qaçır
20.03.2016 15:00
Türkiyənin paytaxtı Ankarada martın 13-də baş verən terror hadisəsi bu ölkədə çıxış edən əcnəbi futbolçuları qorxuya salıb. ANS PRESS-in məlumatına görə, legioner oyunçular arasında ilk ayrılıq siqnalı "Qalatasaray”ın üzvü Lukas Podolskidən gəlib.

Vitor Pereyra "Burda qalmağa dəyərmi?” fikrini səsləndirib.

Polşa əsilli almaniyalı hücumçu Ankaranın mərkəzində baş verən partlayışdan sonra qərarını qətiləşdirib. Menecerinə telefon zəngi edən 31 yaşlı futbolçu "Burdan ayrılmaq istəyirəm, çox narahatam” deyərək, vəziyyəti ona izah edib. Almaniya yığması ilə birlikdə Avro-2016-ya qatılacağı gözlənilən Podolskinin Fransadakı turnirdən sonra Türkiyəyə qayıtmayacağı və transfer təkliflərini dəyərləndirəcəyi bildirilir. 

Ötən ildən "Qalatasaray”ın formasını geyinən və İstanbul klubunda illik 3,5 milyon məvacib alan Podolskinin yayda Çinə köçmək ehtimalı yüksəkdi. Qeyd edək ki, 37 nəfərin öldüyü, 120-dən çox şəxsin isə yaralandığı partlayışdan sonra "Fənərbağça”nın baş məşqçisi Vitor Pereyra "Burda qalmağa dəyərmi?” fikrini səsləndirmişdi.

Bu gün İstanbulda baş verən terror aksiyası idmana da təsir edib. "Qalatasaray Odeabank" - "Darussafaka Dogus" basketbol matçı təxirə salınıb. Bu barədəTürkiyə mediası məlumat yayıb. Matçın təxirə salındığı bildirilsə də, nə vaxt keçiriləcəyi açıqlanmayıb. Taksimdə baş verən terror aksiyası nəticəsində 5 nəfər həlak olub, 36 nəfər yaralanıb.

Türkiyə mətbuatı son günlər ölkədə baş verən terror aktları ilə bağlı bir çox məşhur futbolçuların çıxılmaz vəziyətdə qaldığını qeyd edib. Onlardan bəziləri karyerasını Türkiyədə davm etdirmək fikrində olsada bəziləri getməyi düşünür. 




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol