Məşhur futbolçu həbs olundu
Məşhur futbolçu 15 yaşlı qıza təcavüz etdiyini etiraf edib.
ANS PRESS-in məlumatına görə, İngiltərə yığmasının və "Sanderlend” klubunun sabiq futbolçusu Adam Conson 15 yaşlı qıza təcavüz etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum olunub.
28 yaşlı A.Conson ona qarşı irəli sürülmüş 4 ittihamdan ikisini qəbul edib. Əvvəl futbolçu 15 yaşlı qızla münasibəti olduğunu deyib. Amma onunla intim əlaqəyə girdiyini etiraf etməyib. Consonun 10 il həbs olunması tələb edilirdi. Lakin hakim İngiltərə yığmasının şərəfini qorumuş futbolçunu 6 il azadlıqdan məhrum edib.
Conson qızla münasibəti olduğunu etiraf etdikdən 1 gün sonra "Sanderlend” klubu futbolçunu komandadan qovub. Futbolçu ötən ilin mart ayında həbs olunsa da pulla zaminə buraxılıb. A.Conson İngiltərə yığma komandasının heyətində 12 dəfə meydana çıxıb. 2010-2012-ci illərdə "Mançester Siti"də oynamış Adam Conson sonradan "Sanderlend"ə transfer olunub. "Pişiklər"in heyətində 20 matçda top qovub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























