Klopp: "Almaniya "Avro-2016"nın favoritidir"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp sabah keçiriləcək Almaniya - İngiltərə oyunu haqda danışıb.
Qol.az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis ölkəsinin yığmasının "Avro-2016"nın favoriti olduğunu bildirib:
"Almaniya - İngiltərə matçının nəticəsi önəmli deyil. Çünki bu yoldaşlıq görüşüdür. Əsas odur ki, "Liverpul"un futbolçuları zədəli qayıtmasın. Düşünürəm ki, Almaniya millisi "Avro-2016"nın əsas favoritlərindən biridir".
Qeyd edək ki, sabah keçiriləcək Almaniya - İngiltərə oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























