• $
  • €
  • ₽
  • ₺
  • £

Kamran Ağayev: "Hindistanı udub, özümüzü aldatmamalıyıq"

Kamran Ağayev: "Hindistanı udub, özümüzü aldatmamalıyıq"
28.03.2016 20:31
Nə vaxta qədər Azərbaycanda nəticə qazanacağıq?

 "Oyunun təzyiqinə əsasən deyə bilərik ki, o qədər də çətin görüş keçmədi. Qapımıza vurulan ilk zərbədə müdafiədə boşluq oldu və dəxlisiz qol vurdular. Düşünürəm ki, o topun qapıya getməsinin qarşısını ala bilərdim. Hansı çətin top olursa-olsun, onun qapıya getməsinin qarşısını almağa borcluyuq". "Report"un məlumatına görə, bunu Azərbaycan milli komandanın qapıçısı Kamran Ağayev Qazaxıstanla yoldaşlıq oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

K.Ağayev 0:1 hesablı məğlubiyyətə baxmayaraq, pis oynamadıqlarını bildirib: "İkinci hissədə daha yaxşı oyun göstərdik. Sadəcə, standart vəziyyətlərdə uduzurduq. Çünki bizdə futbolçular boyca balaca idilər. Ancaq bir az tez fikirləşib, tez oynasaydıq, nəticə əldə edə bilərdik. İdmanda təsadüfi nəticə olmur. Ola bilər ki, idmançı təsadüfən yenilsin. Amma qələbə təsadüfi olmur. Baş məşqçi oyundan əvvəl də bütün futbolçuları yoxlayır. Hansı şəraitdə olur-olsun, millinin heyətinə zəif oyunçu gəlmir. Heyətdə ən yaxşılar var, amma əvəzolunmaz futbolçu yoxdur. Hər kəs meydanda normal oyun göstərdi. Qapı tirinə tuş gəldiyi epizodda isə top aşağıdan gəlsəydi, bəlkə çıxarardım və ya qol olardı. Amma yuxarı getdi deyə, tirə dəydi. Göz qabağında olan isə bizim minimal hesablı məğlubiyyətimiz oldu".

30 yaşlı əlcək sahibi millinin daha da güclü komandalarla yoldaşlıq oyunu keçirməyinin lazım olduğunu söyləyib: "Uğurlu nəticə qazanmaq üçün bu cür toplanışlar çox olmalıdır. Üstəlik, daha güclü komandalarla oynamaq lazımdır. Çünki seçmə mərhələ və yoldaşlıq oyunları tam fərqlidir. Məsələn, Qazaxıstandan daha güclü komandalarla oynayıb, öz gücümüzü göstərməliyik. Gedib Hindistanı udub özümüzü aldatmamalıyıq. Nə vaxta qədər Azərbaycanda nəticə qazanacağıq? Artıq ölkədən kənarda da qələbə əldə etmək lazımdır". 

Qeyd edək ki, Kamran Ağayev Qazaxıstanla oyunu əvəz olunmadan keçirib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol