Löv "Avro-2016"nın favoritlərini açıqladı

Almaniya millisinin baş məşqçisi Yoahim Löv "Avro-2016"da favorit gördüyü komandaların adlarını açıqlayıb.
Qol.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Löv çalışdırdığı komanda ilə yanaşı, Fransa, İtaliya və İngiltərə yığmalarının favorit olduğunu bildirib:
"Son dünya çempionu avtomatik olaraq Avropa çempionatının favoriti olur. Ancaq onu qeyd edim ki, biz seçmə mərhələdə elə də inamlı təsir bağışlamadıq. Favoritlər sırasında Fransa, İngiltərə, İtaliya və Belçika yığması da var".
Qeyd edək ki, C qrupunda qərarlaşan Almaniya millisi Ukrayna, Polşa və Şimali İrlandiya yığmaları ilə mübarizə aparacaq.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək