Vengerdən ayrılıq iddialarına cavab

"Arsenal"ın baş məşqçisi Arsen Venger mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az-ın "beIN Sports"a istinadən verdiyi məlumata görə, fransalı mütəxəssis gələn mövsümdə də London təmsilçisini çalışdıracağından əmin olduğunu deyib:
"Çempionluq uğrunda mübarizə apardığımız bir dövrdə mənə qarşı olan təzyiqləri heç də xoş qarşılamıram. Çox sevdiyim bu klub üçün əlimdən gələni edirəm. Bu sevgimi azarkeşlərlə paylaşa bilsəm, daha yaxşı olar. Hər kəsin bilməsini istəyirəm. Bu komandaya ürəkdən bağlıyam və gələn mövsüm də "Arsenal"da olacağımdan şübhəm yoxdur".
Qeyd edək ki, "Arsenal"ın Vengerlə 3 illik müqavilə imzalayacağı gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























