“Mən reytinqə önəm vermirəm” – Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "World Coach Ranking"in açıqladığı dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısında irəliləməsinə münasibət bildirib.
ANN.az-ın idmanxeber.com-a istinadən yaydığı xəbərə görə, o, bununla bağlı sualı belə cavablandırıb: "Belə şeylərə çox önəm vermirəm. Hamı öz işini layiqincə görsə, heç bir sistemdə, heç bir sahədə problem olmaz. Mən öz futbolçularıma da tapşırıram ki, hər kəs öz işini ən yaxşı formada görməlidir. Bəli, bu gün 2-3 pillə irəliləmişik, deməli, işimiz pis getmir. Bunu daha da yaxşılaşdırıb daha üst yerlərdə ola bilərik”.
Xatırladaq ki, reytinqdə daha əvvəl 475-ci olan Qurbanov hazırda 469-cu pillədə qərarlaşıb. Təcrübəli mütəxəssisin aktivində 1238 reytinq xalı xalı var.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























