• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya azərbaycanlı futbolçunu alqışlayır

Almaniya azərbaycanlı futbolçunu alqışlayır
30.03.2016 16:16
AFFA istedadlı gənci əldən verdi.

Almaniyanın futbol ictimaiyyəti Azərbaycan yığmasının sabiq oyunçusu – gənc futbolçu Renat Dadaşova heyran olub.

Oxu.Az hqqin.az-a istinadən xəbər verir ki, Renat Almaniyanın U-17 yığmasının tərkibində yeddi oyunda səkkiz qol vurduqdan sonra alman mətbuatında rəğbət dolu yazılar dərc edilib.

"Leipzig” komandasının futbolçusu olan həmyerlimiz millinin heyətində sonuncu qolunu Avropa Çempionatının elit turu çərçivəsində Slovakiya millisinə vurub. Oyunda almanlar rəqiblərinə 5:1 hesabı ilə qalib gəliblər. 

2013-2014-cü illərdə Renat U-16 üzrə Azərbaycan millisinin heyətində oynayıb. Təxminən elə həmin vaxt onun böyük qardaşı Rüfət Dadaşov da Berti Foqtsun dəvəti əsasında Azərbaycan millisinin heyətinə cəlb olunub. O hətta Azərbaycan millisinin heyətində dörd dəfə fərqlənə də bilib. 

Lakin Foqtsun gedişindən sonra Rüfəti Azərbaycan millisinə dəvət etmədilər, onun balaca qardaşı isə Almaniya millisindən dəvət aldıqdan sonra Azərbaycan millisinin heyətində çıxış etməkdən imtina etdi. Heyif, AFFA istedadlı gənci əldən verdi.

Renatın valideynləri hələ o doğulmamışdan öncə Almaniyaya köçüb. Renat Rudeshaymda anadan olub, Frankfurtun "Ayntraxt” klubunun gənclərdən ibarət yığmasında çıxış edib.

Lakin Renatın bir çox qohumları Azərbaycanda yaşayır. Onlar Renatın bu ilin may ayında Bakıda keçiriləcək U-17 üzrə Avropa Çempionatında çıxış edəcəyini gözləyirlər. Almaniya millisi hazırda bu çempionata qatılmaq üçün mübarizə aparır. 

"Nənəm və babam Almaniya millisinin şərfini alıb, mənə dəstək olurlar. Azərbaycandakı Avropa çempionatında oynamaq mənim böyük arzumdur.

İdman mənim qanımdadır. Anam həndbol, atam isə su polusu ilə məşğul olub. Valideynlərim mənim üçün əsasdır. Hər həftə sonu onlar 400 kilometr qət edərək mənim oyunuma baxmağa gəlirlər”, - deyə Renat Almaniya KİV-nə müsahibəsi zamanı bildirib. 

Renatın kumiri Kriştiano Ronaldudur.

"Mənim hələ o səviyyəyə çatmağıma çox var, hələlik hədəfim Bakıdakı çempionatda oynamaq və Almaniya millisinin heyətində titul qazanmaqdır”, - "Leipzig” komandasının 17 yaşı olacaq futbolçusu bildirib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol