• $
  • €
  • ₽
  • ₺
  • £

"Formula 1" yarışlarında jurnalistlərin akkreditasiya vaxtı uzadılıb

"Formula 1" yarışlarında jurnalistlərin akkreditasiya vaxtı uzadılıb
31.03.2016 20:44
100-ə yaxın müxbir və fotoqraf akkreditasiya üçün müraciət edib.

"Bakıda keçiriləcək Formula 1 yarışlarında jurnalistlərin akkreditasiya vaxtı uzadılıb”. Bunu Bakı Şəhər Halqası (BŞH) əməliyyat şirkətinin Marketinq və kommunikasiya şöbəsinin əməkdaşı Gülnaz Quliyeva ANS PRESS-ə deyib.

Onun sözlərinə görə, mətbuat nümayəndələrinin "Formula 1" yarışlarına xüsusi maraq göstərdiyi üçün akkreditasiya vaxtı uzadılıb.

"100-ə yaxın müxbir və fotoqraf akkreditasiya üçün müraciət edib. Bura həm televiziya, həm onlayn, həm də çap mətbuatının nümayəndələri aiddir. Biz istərdik ki, radio da bura qoşulsun. Planlaşdırılmışdı ki, bu gün son gün olsun. Lakin jurnalistlərin böyük marağını görərək bu müddəti aprelin 5-ə kimi uzatmağa qərar verdik. Qeydiyyatdan keçə bilməyənlər aprelin 5-ə kimi müraciət edə bilərlər”.


G.Quliyeva yarışların qrafiki haqqında da məlumat verib: "Bildiyiniz kimi, yarış ayın 19-u olacaq. Amma bizdə 17-dən 19-a kimi tanınmış ulduzlar konsert verəcək. Enrike İqlesiasdan başqa, iki nəfər ilə də danışıqlar aparılır. İqlesiasın özü təşəbbüs göstərib ki, Bakıda çıxış etsin".

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vasitəsilə media akkreditasiyasına müraciət etmək üçün 31 mart tarixinə kimi idi. 2016-cı il Formula 1 Avropa Qran Prisinin 17-18-19 iyun 2016-cı ildə keçirilməsi nəzərdə tutulub.

Bir müddət əvvəl "Formula 1" üzrə Dünya Çempionatının ikiqat qalibi və hal-hazırda "McLaren Honda” komandasının heyətində yarışan pilot Fernando Alonso 2016 Formula 1 Avropa Qran Pri yarışının rəsmi elçisi seçilib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol