• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Qran Prisinə media akkreditasiyasına müraciət müddəti uzadıldı

Avropa Qran Prisinə media akkreditasiyasına müraciət müddəti uzadıldı
01.04.2016 13:20
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli media nümayəndələrinin bu il Bakıda Formula 1 üzrə ilk dəfə keçiriləcək Avropa Qran Prisinə olan yüksək marağını nəzərə alaraq akkreditasiyaya qeydiyyat müddətini martın 31-dən aprelin 5-dək artırıb.

İndiyədək əksəriyyəti televiziya, qəzet və onlayn mediadan olmaqla ümumilikdə 100-ə yaxın jurnalist yarışa akkreditasiya üçün əməliyyat şirkətinə müraciət edib. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bir daha bütün yerli jurnalistlərə, o cümlədən ölkədə radio sahəsində fəaliyyət göstərən media nümayəndələrinə müraciət edərək bu möhtəşəm yarışı işıqlandırmaq fürsətini qaçırmamaq üçün onları tezliklə akkreditasiyaya qeydiyatdan keçməyə dəvət edir. Jurnalistlər əməliyyat şirkətinin rəsmi saytına daxil olaraq onlayn qaydada akkreditasiyaya müraciət edə və ya ehtiyac olarsa əməliyyat şirkətinin mərkəzi ofisinə yaxınlaşa bilərlər. Bunun üçün jurnalistlər (012) 404 13 83 nömrəsinə zəng edərək BŞH-nın Media Əməliyyatları üzrə nümayəndələri ilə əvvəlcədən görüş vaxtı təyin etməlidirlər. Burada müraciətçilərə akkreditasiya ilə bağlı detallı məlumat veriləcək və həmçinin lazımi texniki dəstək göstərilərək onların qeydiyyatdan uğurla keçməsi təmin olunacaq.

Qeyd edək ki, yerli media nümayəndələrinin Avropa Qran Prisinə akkreditasiyası üçün qeydiyyat prosesi aprelin 5-i saat 17:00-da başa çatacaq və bu vaxtdan sonra edilən müraciətlər qəbul edilməyəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol