UEFA azərbaycanlı hakim-inspektora yeni təyinat verdi

Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov UEFA tərəfindən yeni təyinat alıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, M.Məmmədov futzal üzrə UEFA kubokunun final mərhələsinin oyunlarında hakim-inspektor vəzifəsini icra edəcək.
O, aprelin 22-də keçiriləcək "Uqra" (Rusiya) – "Benfika" (Portuqaliya) və "Peskara" (İtaliya) – "İnter" (İspaniya) oyunlarında iş başında olacaq.
3-cü yer uğrunda oyun və final qarşılaşması aprelin 24-də təşkil olunacaq.
Turinirin final mərhələsinə İspaniyanın Qvadalaxara şəhəri ev sahibliyi edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























