Enrike: Messi başqa kainatdandır

"Real"a qarşı yaxşı oynamalıyıq. Asan olmayacaq, amma Yohan Kroyf üçün qalib gəlməyə çalışacağıq.Jerom Matyedən başqa, bütün futbolçular "El Klassiko"ya hazırdırlar".
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike La Liqanın 31-ci turunda "Real"la oyun öncəsi deyib.
"Benites və Zidanın çalışdırdığı "Real" arasında kiçik fərqlər var. Bu fərqləri sizə deməyəcəm, ancaq oyunçularım bilir" - deyə o bildirib.
L.Enrike Madrid klubuna qarşı matçda fərqlənəcəyi təqdridə, futbolçu karyerasında 500-cü qolu vuracaq Lionel Messi haqda da danışıb:
"Messi başqa kainatdandır. Onun bu qədər qol vurmağı normal deyil".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























