La Liqada "El Klasiko" həyəcanı

Bu gün bütün futbol ictimaiyyətinin diqqəti İspaniyaya yönələcək.
"Report"un məlumatına görə, La Liqanın XXXI turunda "Barselona" doğma meydanda "Real Madrid"i qəbul edəcək.
Bu görüş futbol tarixində 231-ci "El Klasiko" olacaq. Qarşılaşmalardan 92-si Madrid, 90-ı isə Kataloniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Qalan 48 matçda isə bərabərlik qeydə alınıb. Rəqiblər ölkə çempionatında 172-ci dəfə üz-üzə gələcək. "Real Madrid"in aktivində 71, "Barselona"da isə 68 qələbə var. Hazırda 76 xalla turnir cədvəlinə liderlik edən "Barsa" rəqibini 10 xal qabaqlayır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























