• $
  • €
  • ₽
  • ₺
  • £

Formula 1 Le Man-la toqquşacaq

Formula 1 Le Man-la toqquşacaq
04.04.2016 13:28
Bakıda yay vaxtına keçidin ləğv olunmasına baxmayaraq, Formula 1 yarışları 24 saatlıq Le Man oyunları ilə toqquşacaq. Bunu "Eurosport” saytı yazır.

Yay vaxtına keçidin ləğvi o deməkdir ki, Formula 1 yerli vaxtla 5-də başlayacaq, ilkin planlaşdırıldığı kimi, 6-da deyil. İndi Avropayla 2 saat fərqi var. Yəni Le Man bitən kimi, dərhal Formula 1 başlanır.

 "Formula 1" yarışlarının təşkilatçısı "Bakı Grand Prix" şirkətinin rəhbəri Arif Rəhimov deyib ki, bu barədə bir həftə öncə şifahi razılaşma əldə ediblər.  "İndi artıq təsdiqlənib, yəni biz saat 5-də başlayacaq. Bu zaman Avropada saat 3 olur və Le- Man da bitir”.

Əvvəl təklif olunub ki, Formula 1 elə 6-da başlasın. Yəni Avropa vaxtıyla saat 4 olsun və Le- Man-ın bitməsindən sonra bir saatlıq fasilə yaransın. Ancaq Rəhimovun sözlərinə görə, bunu etmək mümkün deyil, onda yarış çox gec başlamalı olacaq, günün batmasına cəmi 2 saat yarım qalacaq.

Arif Rəhimovun sözlərincə, bu, Azərbaycan üçün texniki baxımdan elə bir fərq yaratmır, yəni yarış bitməmişdən onsuz da qaranlıq düşəcək. "Əməliyyatları bir saat geri çəkdik, ancaq yenə də elə də böyük problem deyil”.

Şirkət rəhbəri onu da deyib ki, hökumətin planlarından bir neçə həftə öncə xəbər tutublar və Avropa qurumları ilə dəyişiklik barədə danışıqlara gediblər. "Martın 27-dək yay vaxtının ləğvinin təsdiqlənəcəyini bilmirdik, sonucda belə bir qərar verildi”. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol