Ronaldinyo ikinci liqa komandasında çıxış edəcək

Yarımmüdafiəçi Peru klubu ilə anlaşıb
Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo karyerasını ikinci liqa komandasında davam etdirəcək. "Report"un məlumatına görə, 36 yaşlı futbolçu Perunun "Syensiano" klubu ilə anlaşıb.
Klubun rəsmi "facebook" səhifəsində yarımmüdafiəçinin yer aldığı videogörüntü də yayımlanıb. Onun son komandası Braziliya "Fluminense"si olub və ötən ilin sentyabrında klub müqaviləyə xitam verib.
Qeyd edək ki, Ronaldinyo karyerası ərzində Fransanın PSJ, İspaniyanın "Barselona", İtaliyanın "Milan", Braziliyanın "Flamenqo", "Atletiko Mineyro" klublarında çıxış edib. O, 1999-2013-cü illərdə Braziliya yığmasının şərəfini qoruyub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























