• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ" və "Neftçi" ev arenalarını dəyişəcək

"Qarabağ" və "Neftçi" ev arenalarını dəyişəcək
07.04.2016 22:32
Hər iki stadion Yerli Təşkilat Komitəsinin ixtiyarına veriləcək

"Qarabağ" və "Neftçi" klubları ev oyunlarını keçirdiyi stadionları may ayından etibarən Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının Yerli Təşkilat Komitəsinin ixtiyarına verəcəklər. Bu barədə "Report"a hər iki klubun mətbuat xidmətindən bildirilib.

Səbəb kimi "Azərsun Arena" və "Bakcell Arena"nın mayın 5-dən start götürəcək qitə çempionatının oyunları üçün ayrılması göstərilib.

"Qarabağ"ın stadionunda yalnız qrup oyunları keçiriləcək. Görüşlər 5-6, 8-9 və 11-12 mayda baş tutacaq. "Neftçi"nin ev arenası isə qrup oyunları ilə yanaşı, 14-15 maya təsadüf edəcək 1/4 final oyunları üçün də nəzərdə tutulub. "Qarabağ" mayın 4-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "İnter"i, Premyer Liqada isə mayın 7-də XXXIII turda "Sumqayıt"ı, mayın 11-də XXXIV turda "Qəbələ"ni, mayın 21-də mövsümün son turunda AZAL-ı qəbul etməlidir. "Bakcell Arena"da isə "Neftçi" mayın 7-də XXXIII turda AZAL, mayın 15-də XXXV turda "İnter"lə qarşılaşacaq. Klublardan "Report"a verilən məlumata görə, hələlik ev oyunlarının hansı stadionda keçiriləcəyi müəyyənləşməyib.

Qeyd edək ki, Avropa çempionatı mayın 21-dək davam edəcək. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol