• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Superkuboku ləğv edilir

Azərbaycan Superkuboku ləğv edilir
07.04.2016 19:16
Futbol üzrə Azərbaycan Superkuboku ləğv edilir.
 
Apasport.az saytının məlumatına görə, qarşıdakı bir neçə ildə Topaz Premyer Liqasının və ölkə kubokunun qalibləri arasında həlledici görüş keçirilməyəcək.

Peşəkar Futbol Liqası (PFL) son illərdə Superkubok matçını keçirməyə nə qədər çalışsa da, təqvimin sıxlığı, həmin ərəfələrdə komandaların avrokubokda iştirakı buna mane olurdu. Hətta ötən ilin qış fasiləsində bu görüşün Türkiyədə keçirilmək ehtimalı da müzakirə edilmişdi.

İndiki məqamda isə Superkubok oyununun baş tutmamağının səbəbi kimi maliyyə imkanlarının məhdudlaşdırılması göstərilir.  

İlk dəfə 1993-cü il, fevralın 21-də keçirilmiş Azərbaycan Superkuboku bu vaxta qədər 4 dəfə sahibini tapıb. "Neftçi” 2 dəfə Superkuboku qazandığı halda, "Qarabağ” və "Xəzər Lənkəran” komandaları hərəyə 1 dəfə analoji uğura imza atıblar. Sadəcə, "Neftçi” və "Xəzər Lənkəran”dan fərqli, 1993-cü ildə "Qızıl dubl” etmiş "Qarabağ” oyun keçirmədən təşkilatçılar tərəfindən Superkubokla mükafatlandırılıb.

Qeyd edək ki, Superkubok görüşü sonuncu dəfə isə 2013-cü il, oktyabrın 23-də keçirilib. Naxçıvanda baş tutan həmin qarşılaşmada "Xəzər Lənkəran” "Neftçi”ni üstələyib – 2:1.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol