"Qarabağ" darmadağınla qalib gəldi

Topaz Premyer Liqada 29-cu turun oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun mərkəzi matçı paytaxtda keçirilib. Lider "Qarabağ" öz meydanında "Kəpəz"i qəbul edib. Bu matçda 4:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi liderliyini bir qədər də möhkəmləndirib.
Qeyd edək ki, turun qalan oyunları sabah və bazar günü keçiriləcək.
8 aprel
Topaz Premyer Liqa, 29-cu tur
17:30. "Qarabağ” – "Kəpəz” - 4:0
Qollar: Tural Axundov, 17-avtoqol, Tural Axundov, 42-avtoqol, Mahir Mədətov, 62, Armenteros, 90+2 (4:0)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov
"Azərsun Arena”.
9 aprel
14:00. "Sumqayıt” – "Qəbələ”
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
"Kapital Bank Arena”.
16:00. "İnter” – AZAL
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Kamran Bayramov, Fariz Yusifov
"İnter Arena”.
10 aprel
14:00. "Rəvan” – "Zirə”
Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Nahid Əliyev, Ramil Əhmədov
"Bayıl Arena”.
16:30. "Xəzər Lənkəran” – "Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
"Xəzər Lənkəran” mərkəzi stadionu.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























