Mourinyo gələcək karyerası ilə bağlı açıqlama verdi

"Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyo gələcək karyerası ilə bağlı açıqlama verib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, yeni mövsümdən hansı klubu çalışdıracağını müəyyənləşmədiyini deyib:
"Pep Qvardiolanın yeni klubu bəllidir, amma mənim yox. "Mançester Yunayted"lə razılığa gəlib-gəlmədiyim barədə danışmaq istəmirəm. Haqqımda çoxlu sayda xəbər yazılır. Hazırda işsiz olduğum üçün yazılanları oxuyuram. Çalışdığım zamanlar isə bir qəzet də oxumurdum. İşlədikdən sonra yenidən qəzet oxumayacam".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























