• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyms Vardi “Lester”in sirrindən danışdı

Ceyms Vardi “Lester”in sirrindən danışdı
12.04.2016 19:35
Hazırda İngiltərə Premyer Liqasının şəriksiz lideri olan və çempionluğa doğru gedən "Lester Siti”nin futbolçusu Ceyms Vardi komandasının uğurlu çıxışlarının səbəbindən danışıb.

Qol.az-ın məlumatına görə, yerli mətbuata açıqlama verən 29 yaşlı hücumçu əsasən psixoloji amilləri vurğulayıb:

"Komanda olaraq heç vaxt əhval-ruhuyyəmizi aşağı salmırıq. Ən çətin oyunlarda belə üzümüzdə gülüş yaradaraq, özümüzə müsbət enerji veririk.  Komanda yoldaşlarımla məşqlərdə zarafatlaşaraq üzərimizdəki təzyiqi yox edirik.  Məsələn,  isinmə hərəkətləri zamanı Robert Hut yerindən sürət yığanda ona heç kim çata bilmir. Biz də onu alqışlayırıq. İşlərimiz düzgün getməyəndə də, bir-birimizlə zarafat edirik.  Bütün bunları bizə Kladio Ranyeri öyrədib”.

Ötən  mövsüm çətinliklə Premyer Liqada qalan "Lester Siti” bu mövsüm artıq indidən Çempionlar Liqasına vəsiqəni təmin edib. Premyer Liqanın bombardirlərindən olan Vardi bu haqda da danışıb: "Belə bir turnirdə iştirak edəcəyimiz üçün çox xoşbəxtik. Bu, bizim üçün böyük uğurdur. İnanıram ki, Çempionlar Liqasında da yaxşı nəticələr əldə edəcəyik. Çünki bütün mövqelərdə oynayan futbolçularımız hər zaman bir-birinə dəstək olur. Belə olan halda isə uğur qaçılmazdır. Qapıçımız Kasper Şmeyxeli də unutmaq olmaz. O, bizim üçün çox iş görür. Demək olar ki, oyun boyu  öz mövqelərində diqqətli olmaları üçün futbolçularımıza qışqırır”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol