Messidən ən pis göstərici

"Barselona"nın futbolçusu Lionel Messi ardıcıl qol vura bilmədiyi oyunların sayını 5-ə yüksəldib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu son olaraq Çempionlar Liqasının 1/4 finalında "Atletiko" ilə cavab qarşılaşmasında fərqlənə bilməyib.
Bu, Messinin son 6 il ərzində ən pis seriyasıdır. O, son olaraq 2010-ci ildə ardıcıl 5 matç qol vura bilməyib.
Qeyd edək ki, Messi "Barselona"nın heyətində sonuncu dəfə ÇL-də "Arsenal"la cavab oyununda fərqlənib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























