Pele: "Olimpiyadada oynaya bilərəm"

Dünya futbolunun və Braziliya millisinin canlı əfsanəsi Pele maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, üç dəfə dünya çempionu olan Pele karyerası ərzində olimpiyadalarda oynamamasına təəssüfələndiyini bildirib:
"Çox gənc yaşlarımda Braziliya millisində oynadım. Ancaq təəssüf ki, olimpiyadalarda iştirak edə bilmədim. Bunun səbəbi bəlli idi. Çünki o zamanlar peşəkar futbolçuların Olimpiya oyunlarında iştirakına icazə verilmirdi".
Pele zarafatla bu il ölkəsində keçiriləcək Yay Olimpiya Oyunlarında Braziliyaya qızıl medallar qazandıra biləcəyini deyib: "Braziliyanın Olimpiya oyunlarının futbol növündə qızıl medalları əksikdir. Ancaq Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarında bu titula yiyələnə bilərik. Bu oyunlara hazırlanmağı düşünürəm. Bəlkə də ölkəmə qızıl medalları mən qazandırdım. Hələ qarşıda xeyli vaxt var. Məncə, hazırlana bilərəm".
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən 1984-cü ildən etibarən Olimpiya oyunlarında çıxış edəcək hər yığmada yaşı 23-dən yuxarı 3 peşəkar futbolçunun oynamasına icazə verilir.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək