• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi

Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi
15.04.2016 09:00
Bu gün Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, baş tutacaq 4 qarşılaşmadan sonra yarımfinalçıların adı bəlli olub.

Günün ən maraqla gözlənilən oyunu Liverpulda keçirilib. Şəhərin eyniadlı komandası Dortmund "Borussiya”sını qəbul edib. İlk oyunda 1:1 hesablı bərabərliyin qeydə alınması cavab matçına marağı bir qədər də artırırdı. Matçın gedişində 1:3 hesabı ilə geri düşən "Liverpul" 3 qol vurmaqla görüşdən qalib ayrılıb - 4:3. Bu hesab Yurgen Kloppun "Liverpul"unu yarımfinala yüksəldib.

Digər oyunlarda "Sevilya” "Atletik”i sınağa çəkib. Öz meydanında rəqibinə 1:2 hesabı ilə uduzan Bilbao təmsilçisi səfərdə həmin məğlubiyyətin əvəzini çıxıb. Hər iki görüşdə 1:2 hesabı qeydə alındığından əlavə vaxta ehtiyac duyulub ki, burada da qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan "Sevilya" yarımfinala yüksəlib - 5:4.

"Sparta” (Praqa) evdə "Vilyareal”a 2:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. "Şaxtyor” isə evdə "Braqa”ya 4:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, bu oyunlardan sonra Avropa Liqasının yarımfinalçıları müəyyənləşib. Beləliklə, finala gedən yolda "Şaxtyor" (Ukrayna), "Sevilya" (İspaniya), "Liverpul" (İngiltərə) və "Vilyareal" (İspaniya) klubları mübarizə aparacaq.

 
 

14 aprel

Avropa Liqası, 1/4 finalın cavab oyunları

23:05. "Liverpul" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 4:3
Qollar: Mxitaryan, 5 (0:1), Obemaynq, 9 (0:2), Orici, 48 (1:2), Roys, 57 (1:3), Koutinyo, 66 (2:3), Sako, 78 (3:3), Lovren, 90+1 (4:3)
Liverpul. "Enfild" stadionu
İlk oyun: 1:1

23:05. "Sevilya" (İspaniya) - "Atletik" (Bilbao, İspaniya) - 1:2 (Penaltilər seriyası - 5:4)
"Sevilya": + + + + +
"Atletik": + + + -  +
Qollar: Aduriz, 57 (0:1), Qameyro, 59 (1:1), Qarsiya, 80 (1:2)
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun: 2:1

23:05. "Sparta" (Praqa) - "Vilyarreal" (İspaniya) - 2:4
Qollar: Bakambu, 5 (0:1), Kastilleyo, 43 (0:2), Bruno, 45+1 (0:3), Bakambu, 49 (0:4), Doçkal, 65 (1:4), Krejçi, 71 (2:4)
Praqa. "Letna" stadionu
İlk oyun: 1:2

23:05. "Şaxtyor" (Ukrayna) - "Braqa" (Portuqaliya) - 4:0
Qollar: Srna, 25-pen (1:0), Fereyra, 43-avtoqol (2:0), Kovalenko, 50 (3:0), Fereyra, 74-avtoqol (4:0)
Lvov. "Lvov Arena"
İlk oyun: 2:1
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol