• $
  • €
  • ₽
  • ₺
  • £

İbrahim Sehiç: “Qarabağ”dan ayrıla bilərəm”

İbrahim Sehiç: “Qarabağ”dan ayrıla bilərəm”
15.04.2016 19:29
"Komandamız yaxşı çıxış edir, artıq çempionluq tituluna çox yaxınıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər "Qarabağ”ın qapıçısı İbrahim Şehiçə məxsusdu.
 
Ölkəsində "Faktor” qəzetinə müsahibə verən qolkiper Bosniya və Herseqovina millisi və çempionatı ilə yanaşı, "Qarabağ”ın Topaz Premyer Liqasındakı çıxışına da toxunub.  
 
"Mövsümün ilk yarısında Avropa Liqasında çıxış etdiyimiz üçün bir az çətinliyimiz var idi. Lakin indi bütün fikrimizi daxili yarışlara yönəltmişik. Ən yaxın izləyicimiz olan "Zirə” Premyer Liqaya yeni yüksəlib. Bu komanda avrokuboklara buraxılmadığından ənənəvi rəqib saymıram. "Qəbələ” ilə "Neftçi” isə bizdən böyük fərqlə geridədi. Bu üzdən də mövqeyimizi əldən verməyimiz inandırıcı görünmür” – deyə, Sehiç bildirib.
 
İbrahim əsas hədəfin daxili arena deyil, avrokuboklarla bağlı olduğunu açıqlamaqla yanaşı, "Qarabağ”dan ayrılmasının mümkünlüyünü də söyləyib: "Əsas hədəfimiz qarşıdakı mövsümdə Çempionlar Liqasının qrupuna düşməkdi. Yayda bir neçə yeni futbolçu transfer edib, istəyimizə çatmağa çalışacağıq. Bunu bacarmasaq, yenə bacarığımızı Avropa Liqasında göstərəcəyik. "Qarabağ”la hələ iki illik müqaviləm var. Yalnız Avropadan, evimə yaxın ölkədən təklif gəlsə, ölçüb-biçərəm. Həm  "Qarabağ”, həm mənim üçün sərfəli təklif alsam, komandadan gedərəm”.
 
Şehiç Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarındakı hərbi əməliyyatların onun üçün təhlükə yaratmadığını bildirib: "Azərbaycanda heç bir təhlükə yoxdu. Mən Bakıdayam. Müharibə məndən 9 saatlıq məsafədədi”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol