Çempionlar Liqasında yarımfinal cütlükləri müəyyənləşdi

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.
Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarımfinal cütlükləri müəyyənləşib.
"Mançester Siti" Madrid "Real"ına, "Atletiko" (Madrid) isə "Bavariya"ya rəqib olub. Final matçında "Mançester Siti" - "Real" cütünün qalibi nominal meydan sahibi olacaq.
Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları 26/27 aprel - 3/4 may tarixlərində keçiriləcək.
Final isə mayın 28-də Milanda olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























