"Liverpul"da ciddi itki

"Liverpul" ciddi itki ilə üzləşib.
Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Emre Can zədələnərək sıradan çıxıb.
Avropa Liqasının 1/4 final mərhələsinin "Borussiya" (Dortmund) ilə cavab görüşündə (4:3) topuğundan zədələnən türk əsilli alman futbolçu matçın 80-ci dəqiqəsində əvəzlənib. Tibbi müayinədən keçən Canın 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























