• $
  • €
  • ₽
  • ₺
  • £

“Barselona”ya nə olub?

“Barselona”ya nə olub?
18.04.2016 19:27
"Barselona” La Liqada ardıcıl üçüncü məğlubiyyətə uğrayıb.

Qol.az-ın xəbərinə görə, "Real” (1:2), "Real Sosyedad”la (0:1) matçlardan sonra Luis Enrikenin komandası son olaraq dünən "Valensiya”ya "Nou-Kamp”dakı qarşılamada (1:2) uduzub.

"Barselona” bu cür acınacaqlı halla son dəfə 13 il əvvəl, 2003-cü ilin yanvar-fevral aylarında üzləşmişdi.

Bundan başqa, "Barselona” çempionatın son 4 oyununda 12 mümkün xaldan cəmi 1 xal toplayıb. Onların ən yaxın izləyicisi "Atletiko” 9, "Real” isə maksimum - 12 xal yığıb.

4 tur əvvəl "Barselona”nın "Vilyarreal”la heç-heçə etdiyi oyundan sonra "Atletiko” ilə arasında 9 xal fərq vardısa, bu gün artıq hər iki komandanın xalı bərabərləşib – 76 xal. "Real” isə "Barsa”dan cəmi 1 xal (75) geri qalır.

"Barsa”nın lideri Lionel Messinin qolsuzluq və məhsuldar ötürməsiz seriyası 515 dəqiqə çəkib. O, martın 16-dan etibarən dünənki oyuna kimi "qol+ötürmə” sistemində bir xal belə yığa bilməmişdi. Halbuki bu müddətdə o 5 oyunda  ("Vilyarreal” – 2:2, "Real” - 1:2, "Atletiko”  )iştirak etmişdi.

Dünən "Valensiya” ilə matçda bir dəfə fərqlənən argentinalı ulduz bununla da karyerasında 500-cü qolu vurub.

"Barselona” birinci hissədə 2 qolu son dəfə 2013-cü ilin mayında "Betis”lə oyunda (4:2) buraxmışdı.  Son vaxtlar Luis Enrikenin komandası müdafiə xəttindəki uğursuz çıxışı ilə də diqqət çəkir. La Liqada komanda 4 matçda  öz qapısından düz 7 qol buraxıb. Hücu

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol