• $
  • €
  • ₽
  • ₺
  • £

"Laureus 2016" idman mükafatının laureatları təltif olundu

"Laureus 2016" idman mükafatının laureatları təltif olundu
19.04.2016 11:18
Almaniyanın paytaxtı Berlində "Laureus 2016" idman mükafatının təqdimetmə mərasimi keçirilib.
 
"Report"un məlumatına görə, ilin kişi idmançısı adına serbiyalı tennisçi Novak Cokoviç layiq görülüb.

Onun rəqibləri yamaykalı atlet Useyn Bolt, argentinalı futbolçu Lionel Messi, ABŞ basketbolçusu Stef Karri, britaniyalı Formula 1 pilotu Lüis Hemilton və amerikalı qolfçu Cordan Spit olub.

ABŞ tennisçisi Serena Uilyams Ən yaxşı qadın idmançı sayılıb. O, avstriyalı dağ xizəkçisi Anna Fenninger, efiopiyalı atlet Genzebe Dibaba, yamaykalı atlet Şelli-Enn Freyzer-Prays, ABŞ-ın qadın futbolçusu Karli Lloyd və amerikalı üzgüçü Keti Ledekini keçib.

Yeni Zelandiyanın reqbi yığması İlin komandası mükafatını alıb.

Qayıdış nominasiyasında yeni zelandiyalı reqbiçi Den Karter qalib olub.

İlin sıçrayışı mükafatını isə ABŞ qolfçusu Cordan Spit əldə edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol