• $
  • €
  • ₽
  • ₺
  • £

“Çempionluğu şəhidlərimizə həsr edirik” – Qara Qarayev

“Çempionluğu şəhidlərimizə həsr edirik” – Qara Qarayev
02.05.2016 10:41
"Qarabağ”ın futbolçusu Qara Qarayev  "Zirə” üzərinə 2:0 hesablı qələbə qazanaraq  Azərbaycan çempionu olduqları oyundan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə  jurnalistlərin suallarını cavablandırıb.

Bu gün "Qarabağ” 4-cü dəfə adını Azərbaycan futbolunun tarixinə çempion kimi yazdı. Bu, bizim tarixi uğurumuzdur. Gələcəkdə evimizin ən dəyərli yerindən asacağımız bir medal qazandıq. Düşünürəm ki, bütün "Qarabağ” ailəsi və "Qarabağ” sevərlər bu qələbəyə layiq idi. Onların hər birini təbrik edirəm. Çalışacağıq ki, oyunlarımızdakı stabilliyi qoruyub saxlayaq və uğurlarımızın davamını gətirək. 


- Çempionluğu rəqib meydançasında qeyd etmək necə hissdir? 

- Çempionluğu "Zirən”nin stadionunda rəsmiləşdirsək də son oyunumuz doğma divarlar arasında olacaq. Kuboku öz meydanımızda başımız üzərinə qaldıracağıq. Düşünürəm ki, bu daha gözəl olacaq.

- Bu tarixə qovuşacaq zəfəri necə qeyd edəcəksiniz?

- Rəhbərlik necə qərar versə, elə. Amma düşünmürəm ki, hər hansı böyük bir tədbir keçirilsin. Çünki son günlərdə ölkəmiz hər gün bir şəhid verir. Fürsətdən istifadə edib çempionluğu şəhidlərimizə ərməğan edirik. 
- Ötən mövsüm olduğu kimi, qızıl dubl etmək mümkün olacaq?
 
 
Kubokda da maksimum nəticə qazanmağa çalışacağıq. Hər kəs uğur qazanmaq istəyir. Buna nail olsaq, çox böyük xoşbəxtlik olacaq. Çünki "Qarabağ” adına hamı yaxşı nəticə qazanmaq istəyir. 

- Çempionatın son turlarındakı oyunlar sizin üçün sıxıcı olmayacaq? 

- Əksinə, son 4 oyun bizim üçün çox vacibdir. Çünki Avrokuboklara hazırlıqlı olmaq üçün  bu oyundalarda özümüzü yaxşı tərəfdən göstərməliyik. Fikrimcə, rahatlaşmaq avrokuboklarda bizim üçün problem yaradar. Qurban Qurbanov da tapşırıb ki, son oyunlara ciddi yanaşaq. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol