• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov rekordçu baş məşqçi olub

Qurban Qurbanov rekordçu baş məşqçi olub
02.05.2016 14:08
44 yaşlı mütəxəssis ardıcıl 3 mövsüm çempionluq əldə edən yeganə mütəxəssisdir

"Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə yeni rekordçu kimi düşüb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 44 yaşlı mütəxəssis ardıcıl 3 dəfə komandası ilə ölkə çempionu olan ilk məşqçi olub. 

Buna səbəb "Qarabağ”ın Premyer Liqada 2015/2016 mövsümünün çempionu olaraq, ardıcıl 3-cü dəfə qızıl medalları qazanmasıdır. Hər 3 zəfərin memarı olan Qurbanovadək heç bir məşqçi bunu bacarmayıb. Ardıcıl 3 çempionluq əldə edən "Neftçi” isə 1 dəfə Arif Əsədov, 2 dəfə Böyükağa Hacıyevlə titula yiyələnib. Bunadək Kazbek Tuayev, Mehman Allahverdiyev, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Qurbanov ardıcıl 2 mövsüm çempionu olmağı bacaran mütəxəssislər idi. Qurbanov seriyasını 3-ə çatdırmaqla şəriklərini arxada qoyub.

Ümumiyyətlə, o, baş məşqçi kimi qazanılan qızıl medal sayında Hacıyevlə Allahverdiyevə çatıb – hərəsi 3 dəfə. "Üçlük” yalnız Ağasəlim Mircavadovla (5) Kazbek Tuayevdən (4) geri qalır. Digər 5 baş məşqçi – Əhməd Ələsgərov, Qyoko Hacıyevski, Kaxaber Tsxadadze, Valentin Xodukin və Arif Əsədovun hərəyə 1 uğuru var.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol