"Real" "Arsenal"ın rekordunu təkrarladı

Çempionlar Liqasının finalına yüksələn "Real" klubu "Arsenal"ın rekordunu təkrarlayıb.
Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi buna "Mançester Siti" ilə yarımfinalın cavab görüşündə nail olub.
Öz meydanında rəqibinə 1:0 hesabı ilə qalib gələn "kral klubu" bu dəfə də qapısının toxunulmazlığını qoruyub. Bununla da, cari mövsüm turnirdə qol buraxmadığı oyunların sayını 10-a yüksəldən "Real" "Arsenal"ın rekorduna şərik olub.
Qeyd edək ki, "Arsenal" 2005/2006 mövsümündə Çempionlar Liqasının 10 oyununda qapısının toxunulmazlığını qoruyub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























