• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan millisi Avropa çempionatının ilk oyununda məğlub oldu

Azərbaycan millisi Avropa çempionatının ilk oyununda məğlub oldu
05.05.2016 22:19
Portuqaliyaya qarşı keçirilən görüş 5:0 hesabı ilə başa çatıb

Bu gün Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı start götürüb.

"Report"un məlumatına görə, qitə birinciliyinin final mərhələsində 16 komanda 4 qrupda mübarizə aparır.

İlk oyun günündə 2 qrupda 4 görüş keçirilib. "A" qrupunda yer alan Azərbaycan millisi Portuqaliya yığması ilə üz-üzə gəlib. Qarşılaşma Bakı Olimpiya Stadionunda açılış mərasiminin ardından oynanılıb. Polşalı baş hakim Bartoş 
Frankovskinin idarə etdiyi görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.

Qrupun digər oyununda Belçika "Bakcell Arena"da Şotlandiyanı məğlub edib - 2:0.

"B" qrupunda Avstriya - Bosniya və Herseqovina görüşü də eyni hesabla yekunlaşıb. Ukrayna - Almaniya matçında isə qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsindəki növbəti görüşünü mayın 8-də Belçika, mayın 11-də isə Şotlandiya yığmasına qarşı keçirəcək. Hər iki görüş "Bakcell Arena"da baş tutacaq.

Avropa çempionatı, I tur

"A" Qrupu

19:00. Belçika - Şotlandiya - 2:0

Qol: Milan Korrin, 45. Lois Openda, 60
Baş hakim: Petr Kraloveç (Slovakiya)

"Bakcell Arena"

20:00. Azərbaycan - Portuqaliya - 0:5

Qol: Joze Qomeş, 4; 16. Elçin Əsədov, 24-öz qapısına. Migel Luiş, 44. Gerson Fernandeş, 76

Hakimlər: Bartoş Frankovski (Polşa), Balaj Buzad (Macarıstan), Vasili Ermisçin (Moldova), Sergeyus Sliva (Litva)

Bakı Olimpiya Stadionu

"B" Qrupu

14:00. Avstriya - Bosniya və Herseqovina - 2:0
Qollar: Xristof Baumqartner, 18; 35
Baş hakim: Petr Ardelyanu (Çexiya)

"Bakcell Arena"

17:00. Ukrayna - Almaniya - 2:2
Qol: Denis Yanakov, 33. Sergey Buletsa, 67 - Yari Otto, 37. Sem Frensis Şrek, 74
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)

Bakı Olimpiya Stadionu

Avropa çempionatına mayın 21-də yekun vurulacaq.

Qeyd edək ki, reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin oyunları 14-15 mayda keçiriləcək. Yarımfinala yüksələn komandalar mayın 18-də finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Həlledici qarşılaşma mayın 21-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol