UEFA Çempionlar Liqasının matçlarını istirahət günlərində keçirməyi planlaşdırır

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının matçlarını 2021-ci ildən etibarən istirahət günlərində keçirə bilər. APA-nın "BBC”-yə istinadən verdiyi xəbərə görə, bu ideya təşkilatın turnirə tamaşaçı marağını daha da artırmaq niyyəti ilə bağlıdır. Lakin televiziya yayımı ilə bağlı bağlanmış müqavilələrə görə qeyd olunan dəyişikliyin yalnız 5 ildən sonra tətbiq ediləcəyi gözlənilir.
"Biz bütün maraqlı tərəflərlə daim təmasdayıq və istənilən qərar onlarla razılaşdırıldıqdan sonra veriləcək. Hələlik klub turnirlərinin keçirilməsi formatında hər-hansı dəyişiklik barədə danışmaq çox tezdir”, - UEFA-nın mətbuat xidmətindən bildirilib.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək