Final öncəsi "Real"da ciddi itki

"Real" ciddi itki ilə üzləşib.
Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Madrid təmsilçisinin müdafiəçisi Alvaro Arbeloa zədələnib.
Dizində yüngül zədəsi olan ispaniyalı futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. Belədə onun Çempionlar Liqasının finalında "Atletiko" ilə görüşdə meydana çıxıb-çıxmayacağı da sual altındadır.
Qeyd edək ki, "Real" - "Atletiko" oyunu mayın 28-də, Milanda keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























