• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakı-2016"nın bombardiri

"Bakı-2016"nın bombardiri
22.05.2016 12:00
akıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatı başa çatıb. ANS PRESS-in məlumatına görə, Portuqaliya yığması tarixində 6-cı dəfə qitə birinciliyinin qalibi olub.


Portuqaliyalılar finalda İspaniyadan üstün olub. Qarşılaşmada qalib müəyyənləşməyib (1:1) və çempionun adına penalti seriyasında aydınlıq gəlib. Bu zaman daha dəqiq oynayan Portuqaliya qələbə qazanıb - 5:4.



Turnirin bombardiri Portuqaliya millisindən Joze Qomes olub - 7 qol. Millimizlə qrup mərhələsindəki oyunda dubl edən futbolçu qrupda Şotlandiyanı və yarımfinalda Hollandiyanı bir, 1/4 finalda Avstriyanı 3 dəfə məyus edib.
Bakıda Avropa çempionatının qalibi müəyyənləşdi


Portuqaliya və İspaniyanın U-17 milliləri bu günlərdə ikinci dəfə finalda üz-üzə gəliblər. 2003-cü ildə keçirilmiş həlledici qarşılaşmada Portuqaliya (2:1) qələbə qazanıb. Lakin həmin çempionat qalib komandanın vətənində təşkil olunub.

Portuqaliya Avropa çempionatının final mərhələsində 2002-ci ildən çıxış edir və bu müddətdə qızılla yanaşı, bürünc medalı (2004) da hesabına yazıb. İspaniya isə ikiqat Avropa çempionu (2007, 2008), üçqat finalçı (2003, 2004, 2010) və bir dəfə bürünc mükafatçı (2006) olub.
17 yaşlılar arasında Avropa çempionatı

Final
Portuqaliya - İspaniya - 1:1
Qol: Dieqo Dalot, 27 - Brahim Diaz, 32

Penaltilər seriyası: 5:4

Hakimlər: Petr Ardeleanu (Çexiya), Balaj Buzaş (Macarıstan), Ceyhun Sesigüzel (Türkiyə), Qunnar Yarl Yonsson (İslandiya)
8-ci km qəsəbə stadionu





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol