• $
  • €
  • ₽
  • ₺
  • £

Cüdoçularımız ilk yarış günündə 7 medal qazanıblar

Cüdoçularımız ilk yarış günündə 7 medal qazanıblar
22.05.2016 14:00
Polşada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokunun ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. ANS PRESS-in məlumatına görə, Azərbaycan cüdoçuları elə ilk yarış günündə mötəbər yarışda 3 qızıl və 4 bürünc medal qazanıblar. Ölkəmizə medalları qazandıran idmançılar aşağıdakılardır:

Rövşən Əliyev (50kq), Vüsal İbrahimov (55 kq) və Şəfəq Həmidova (44kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokuna sahib olublar.

Raxşan Baxşəliyev (50kq), Əhməd Yusifov (55kq), Paşa Əliyev (66kq) və Şəhanə Hacıyeva (44kq) Avropa kuboku yarışının bürünc medalını əldə ediblər.
Beləliklə Azərbaycan cüdoçuları qitə miqyaslı yarışın ilk günü 7 medal qazanaraq komanda hesabında birinci yerdə gedirlər.
 
Bir neçə gün əvvəl yeniyetmə cüdoçularımız Qazaxıstandan 3 medalla vətənə qayıdıblar. Mayın 13-də Qazaxıstanın Aktau şəhərində startı verilmiş cüdo üzrə beynəlxalq turnir başlayıb. Bu ölkənin xalq qəhrəmanı Er-Kosay Kudaykulunun xatirəsinə həsr olunmuş 8-ci ənənəvi beynəlxalq turnirdə kiçikyaşlı yeniyetmələr (2001-2002) mübarizə aparıblar.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol