Andre Villaş-Boaşdan gözlənilməz qərar

Bu ay "Zenit"dən ayrılan Andre Villaş-Boaş bu ilin sonuna kimi işləməyəcək.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 38 yaşlı mütəxəssis bir müddət dincəlməyə qərar verib.
Bununla bağlı o, özünün "İnstagram" hesabından yazıb:
"Məşqçilik karyerama 1996-cı ildə başlamışam. 20 il ərzində fasiləsi işləmişəm. Bu müddətdə bir çox istəyimi reallaşdırdım. İndi isə ilin sonuna kimi istirahət etməyə qərar vermişəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























