Rusiya dopinqi kriminallaşdırır

Rusiya idmanda dopinqdən qanunsuz istifadəni cinayət sayan qanun qəbul edəcək. Ölkənin idman naziri Vitaly Mutko mayın 24-də belə deyib.
Rusiya dövlət mediası həmin gün məlumat yayıb ki, 2008-ci il Pekin Olimpiadasında 10 medalçının analizlərində dopinq aşkarlanıb.
Mutko-nun sözlərinə görə, Kreml mayın 20-də Dövlət Dumasına uyğun qanunvericiliyin təqdim olunması planını dəstəkləyib.
TASS yazır ki, qanunu pozanlar 3 milyon rubladək (45 min 51 dollar) cərimələnə, yaxud beş ilədək həbs oluna bilərlər.
Ötən noyabrda dopinq qalmaqalı yaranandan rusiyalı atletlər beynəlxalq yarışlardan uzaqlaşdırılıb. (Azadliq.org)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























