• $
  • €
  • ₽
  • ₺
  • £

Çempionlar Liqasında mövsümün rəmzi komandası açıqlandı

Çempionlar Liqasında mövsümün rəmzi komandası açıqlandı
30.05.2016 22:35
 UEFA Çempionlar Liqasında 2015-16 mövsümünün simvolik komandasını müəyyənləşdirib.
 
Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, təcrübəli mütəxəssislərdən ibarət texniki heyət 18 oyunçunun adını müəyyənləşdirib.
 
Aleks Ferqyuson, Tomas Şaaf, Savo Miloşeviç, Devid Moyes və Mirça Luçesku kimi təcrübəli mütəxəssislərin də yer aldığı texniki heyət finala qədər irəliləyən "Real” və "Atletiko”nun hərəsinin 6 üzvünü fərqləndirib.
 
18 nəfərlik heyət:
Qapıçılar: Yan Oblak ("Atletiko”), Manuel Noyer ("Bavariya”)
 
Müdafiəçilər: Dieqo Qodin, Xuanfran (hər ikisi "Atletiko”), Tiaqo Silva (PSJ), Serxio Ramos, Marselo (hər ikisi "Real”)
 
Yarımmüdafiəçilər: Qabi, Koke (hər ikisi "Atletiko”), Andres İnyesta ("Barselona”), Toni Kroos, Luka Modriç (hər ikisi "Real”)
 
Hücumçular: Antuan Qrizmann ("Atletiko”), Luis Suares, Lionel Messi (hər ikisi "Barselona”), Robert Levandovski ("Bavariya”), Kriştianu Ronaldo, Qaret Beyl (hər ikisi "Real”).
 
Qeyd edək ki, finalda oyun sonrası penaltilər seriyası sayəsində "Atletiko" üzərində qələbə qazanan "Real” tarixində 11-ci dəfə Çempionlar Liqasının qalibi olub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol