• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Məhəmməd Əli ilə ikigünlük vida mərasimi başlayır

Bu gün Məhəmməd Əli ilə ikigünlük vida mərasimi başlayır
09.06.2016 13:15
 74 yaşında vəfat edən əfsanəvi boksçu Məhəmməd Əli ilə ikigünlük vida mərasimi  bu gün onun doğma şəhəri olan Luisvilldə cənazə namazının qılınması ilə başlayacaq.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Məhəmməd Əlinin doğulduğu və böyüyüb başa çatdığı ABŞ-ın Kentukki ştatındakı Luisvill şəhəri tarixindəki ən mühüm hadisələrdən birinə hazırlaşır. 

Əfsanəvi boksçunun pərəstişkarları idmançının doğulduğu və böyüdüyü evi ziyarət etməkdə davam edir.

Dəfn mərasimi yerli vaxtla saat 12:00-da başlayacaq. 

İkinci dəfn mərasimi sabah Məhəmməd Əlinin ABŞ cəmiyyətinin müxtəlif təbəqələrindən olan pərəstişkarlarının iştirakı ilə keçiriləcək.

Mərasimdə ABŞ-ın keçmiş prezidenti Bill Klinton, aktyorlar Uill Smit və Billi Kristal, eləcə də jurnalist Brayan Qambelin çıxış edəcəyi gözlənilir. 

Mərasimin sonunda Məhəmməd Əlinin cənazəsi əvvəlcədən müəyyən olunmuş marşrut üzrə "Cave Hill" qəbirstanlığına aparılaraq, dəfn ediləcək.
Mərasimlər imam Zeyd Şakirin rəhbərliyi altında keçiriləcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol