• $
  • €
  • ₽
  • ₺
  • £

Futbolun yeni qaydaları “Avro-2016”da

Futbolun yeni qaydaları “Avro-2016”da
10.06.2016 19:23
Bu gün Fransada başlanacaq Avropa çempionatı həm də futbolda tətbiq edilən yeni qaydaların icra ediləcəyi ilk böyük turnir olacaq.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası tərəfindən qəbul edilən bu qərar 2016-cı ilin iyunun 1-dən qüvvəyə minib.

Qərara əsasən, start fitindən sonra topu əvvəlkitək ancaq qabağa deyil, meydanın istənilən istiqamətinə vura biləcək. Bundan başqa, zədələnən futbolçuya meydanın içində təcili tibbi yardım göstərilməsinə icazə veriləcək. Bu o halda baş verəcək ki, futbolçuya xəsarət yetirən rəqib oyunçuya qırmızı və ya sarı vərəqə göstərilsin. Bu qərar ona görə qəbul olunub ki, futbolçu zədə səbəbindən meydanı qısa müddətə də olsa tərk etsə, qaydanı pozan komanda say üstünlüyü qazanmasın.

Bundan başqa, bu turnirdə artıq iki ildir sınaqdan keçirilən başqa bir qərar qüvvəyə minəcək. Yeni qaydaya əsasən, buna qədər cərimə meydançası daxilində sonuncu ümid foluna görə hakimlərin tətbiq etdiyi cəzaya dəyişiklik edilir. Əvvəllər belə qayda pozuntusuna görə penalti verilir və qaydanı pozan futbolçu birbaşa qırmızı vərəqə alaraq oyundan çıxarılırdı. Yeni qərara görə isə əgər cərimə meydançası daxilində qapıçı və ya digər oyunçu bilərəkdən qaydanı pozmazsa, əvvəlkitək qırmızı deyil, sarı vərəqə alacaq. Sonuncu ümid folu zamanı bilərəkdən qaydanı pozan oyunçuya isə əvvəlitək qırmızı vərəqə göstəriləcək.

UEFA-nın hakimlərlərlə iş üzrə baş ofiseri Pyerluici Kollina bildirib ki, təmsil etdiyi qurum uzun illər bu qaydanın tətbiqi üzərində çalışıb: "Bu qərar futbolda ədaləti daha da bərpa edəcək. Penalti, qırmızı vərəqə və futbolçunun sonrakı oyunlar üçün diskvalifikasiyası çox ağır cəza idi. Axı, futbolçu meydanda rəqibə qarşı bilərəkdən kobudluq etmək istəməyib. Yeni qaydada penalti qazanan komandaya qol vurmaq imkanı yenidən verilir”. 

                                  

"Avro-2016”da həmçinin Avropa çempionatları tarixində ilk dəfə topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirmək üçün xüsusi texnologiyadan istifadə ediləcək. P.Kollina bildirib ki, bu məsələdə kompüter sistemi ilə yardımçı hakimlər birgə çalışacaqlar: "Qapı xətti yaxınlığında işləyən hakimlərin başlıca vəzifəsi topun qapı xəttini keçib-keçmədiyinı aydınlaşdırmaq yox, cərimə meydançası daxilində baş verən mübahisəli epizodlar zamanı doğru qərar çıxarmaq üçüb əsas hakimə kömək etmək olacaq. Texnologiya isə yalnız topun qapı xəttini keçməsi ilə bağlı məsələni müəyyənləşdirəcək. Bu zaman yardımçı hakimlərin əsas diqqəti cərimə meydançasında baş verənlərə yönələcək. Çünki bura meydanın çox vacib hissəsidir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol