• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakı 2015"in birinci ildönümü münasibətilə yeni loqosu təqdim edildi

"Bakı 2015"in birinci ildönümü münasibətilə yeni loqosu təqdim edildi
13.06.2016 11:13
Avropa Olimpiya Komitəsi (EOC) "Bakı 2015" I Avropa Oyunlarının başlamasının birinci ildönümü münasibətilə yeni loqotipini təqdim edib.
 
"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumatına görə, loqotip EOC-un bütün əsas tədbirləri, o cümlədən, növbəti Avropa Oyunları və Avropa Gənclərinin Olimpiya Festivalında istifadə olunacaq. 

Burada 17 gün davam etmiş "Bakı 2015"in yaddaqalan anları mozaika formasında əksini tapıb. Onların arasında Azərbaycan idmançılarından qadın güləşçi Mariya Stadnikin qələbə də sevinci yer alıb. 

EOC-un prezidenti Patrik Hikki deyib: "I Avropa Oyunları qitə idmanında əlamətdar an idi. Burada dünya və olimpiya çempionları cəlbedici, çiçəklənən və gənc nəslin birinci dərəcəli idmançıları mübarizə aparırdı. "Bakı 2015" Avropa Oyunlarına üstün konsepsiya verdi və onun 2019-cu və 2023-cü Oyunlar üçün ən yüksək obrazını müəyyənləşdirdi. Bu yarış həm də qitə idmançılarına 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq üçün əla tramplin oldu. Bir illik yubileyi qeyd edərkən, Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Avropa Oyunlarının baş tutmasında vacib rollarına görə təşəkkürümü bildirmək istərdim. Bakı Avropa Oyunları üçün fantastik məkan idi. Lakin biz hər zaman gələcəyə baxırıq və bunu nəzərə alaraq, qərara gəldik ki, EOC üçün yeni loqotip hazırlayaq. Bu gözəl mozaika Bakını əbədiləşdirəcək və qitə mədəniyyətinin keçmişlə gələcəyini əks etdirəcək".

Qeyd edək ki, 2015-ci ilin 12 - 28 iyununda Bakıda keçirilmiş I Avropa Oyunlarında 50 ölkədən 5864 idmançı (3264 kişi, 2590 qadın) 20 növ üzrə 253 dəst medal uğrunda mübarizə aparıb. Açılış mərasimini və Oyunları 1,7 milyard insan Avropanın 38, digər qitələrin isə 53 telekanalı vasitəsilə izləyib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol