• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Bakıda “Formula-1” başlayır

Bu gün Bakıda “Formula-1” başlayır
17.06.2016 09:00
 Bu gün Bakıda "Formula-1” üzrə Avropa Qran-prisinə start verilir.
 
Apasport.az saytının məlumatına görə, paytaxtımızda ilk dəfə keçiriləcək yarış məşhur pilotların avtoqraf sessiyası ilə başlayacaq.
 
Ardınca GP2 və "Formula-1” pilotları treklə tanış olacaqlar. Saat 15:00-da GP2 üzrə seçmə mərhələnin startı veriləcək. Günə Kris Braunun konserti ilə yekun vurulacaq.
 
İyunun 18-də GP2 pilotları birinci yürüşlərinə çıxacaqlar. Ardınca "Formula-1” üzrə seçmə mərhələ baş tutacaq. Bu dəfə gün Enrike İqlesiasın konserti ilə bitəcək.
 
Turnirin son günü - iyunun 19-da GP2 pilotları ikinci yürüşünü keçirəcəklər. Əsas yarışa - "Formula-1” Avropa Qran-prisi saat 17:00-da başlayacaq. Ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Farel Vilyamsın konserti nəzərdə tutulub.
 
Bakıda baş tutacaq 8-ci mərhələyə əvvəlki kimi 11 komandanın tərkibində 22 pilot qatılacaq. Ölkəmizə "Mercedes”in heyətində Niko Rosberq, Luis Hamilton, "Ferrari”nin heyətində Kimi Raykkonenlə Sebastyan Fettel, "Uilliams”ın heyətində Felipe Massa ilə Valtteri Bottas, "Red Bull”un heyətində Daniel Rikkardo ilə Maks Ferstappen, "Force India”nın heyətində Serxio Pereslə Niko Hyulkenberq, "Renault”da Kevin Maqnussenlə Colion Palmer, "Toro Rosso” Daniil Kvyatla Karlos Sayns-ml., "Sauber”də Markus Erikssonla Felipe Nasr, "McLaren”də Fernando Alonso Censon Batton, MRT-da Rio Xaryanto Paskal Verlyayn və "Haas”da Romen Qrojanla Esteban Qutyerres qatılacaq.
 
Qeyd edək ki, 7 mərhələdən sonra Rosberq 116 xalla birincidi. Konstruktorların yarışında isə onun idarə etdiyi "Mercedes” liderlik edir.
 
Bakı Şəhər Halqasının uzunluğu 6,006 km, ümumi məsafə 306,306 km, dövrə sayı 51, döngə sayı isə 20-dir. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol