UEFA ən yaxşı futbolçunu müəyyənləşdirdi

"Avro-2016”nın C qrupunda keçirilən Almaniya – Polşa matçının (0:0) ən yaxşı futbolçusu məlum olub.
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Almaniya millisinin müdafiəçisi Jerom Boatenq matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, 90 dəqiqə meydanda mübarizə aparan Boatenq müdafiədə diqqətli oynaması ilə komandasının qapısını toxunulmaz saxlamasında önəmli rol oynayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























