• $
  • €
  • ₽
  • ₺
  • £

"Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayır

"Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayır
18.06.2016 10:26
Bu gün Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayır.

Trend-in məlumatına görə, hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Nadir xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görürlər.

Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətindədir. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə bilir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Qran-prinin birinci günündə "Formula 1" və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunub. İyunun 18-də "Formula 1" üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün - iyunun 19-da Avropa Qran Prisi yarışları, həmçinin GP2 üzrə ikinci yürüş baş tutacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol