“Formula-1" qalibi Niko Rosberq olub

Bakıda keçirilən "Formula-1” üzrə Avropa Qran-prisi başa çatıb.
Apasport.az saytının məlumatına görə, 11 komandadan 22 pilotun qatıldığı 8-ci mərhələ əsas yarışla yekunlaşıb.
Azərbaycan prezidenti İlham Əliyevvə xanımı Mehriban Əliyevanın canlı izlədiyi Avropa Qran-prisinin qalibi "Mercedes” komandasından Niko Rosberq olub. O, 51 dövrədən ən tezini 1:47,023 dəqiqəyə daha sürətli keçib. İkinci yeri isə ”Ferrari” komandasından Sebastian Fettel ( 1:48, 921) tutub. İlk üçlüyü isə "Force İndia"dan Serxio Peres qapayıb. Onun nəticəsi 1:48,269 dəqiqə olub. S. Peresin cəriməsi olduğu üçün o, 3-cü olub.
Mükafatçılara kuboku prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva,Avtomobil İdmanı Federasiyasının prezidenti İlqar Ələkbərov və gənclər və idman naziri Azad Rəhimov təqdim ediblər.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək