• $
  • €
  • ₽
  • ₺
  • £

Prosineçki: “Bizə çox problem yaradacaqlar”

Prosineçki: “Bizə çox problem yaradacaqlar”
21.06.2016 17:15
"İspaniya və Xorvatiya yığmaları bu Avropa çempionatında ən yaxşı oyun göstərən komandalardı”. 

Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
 
Ölkəsinin mətbuatına danışan xorvatiyalı çalışdırıcı AÇ-2016 haqda fikirlərini bölüşüb. O bildirib ki, Xorvatiya Fransadakı turnirdə özünü yaxşı tərəfdən göstərir: "Modriçli Xorvatiya yığması inamlı təsir bağışlayır. Bizim vaxtımızda Xorvatiya dünya üçüncüsü adını qazanmışdı. Yenə böyük turnirdə nəticə qazanmaq vaxtıdı”.
 
Çexiya ilə görüşdə xorvatiyalı azarkeşlərin meydana məşəl atmasına toxunan Prosineçki bu gün keçiriləcək Xorvatiya – İspaniya matçı barədə də danışıb: "Çexiya ilə oyunda o hərəkəti radikal azarkeşlər etdilər və onlar bunu İspaniya ilə matçda da təkrarlamağa çalışacaqlar. Onu da deyim ki, ispanlar bizə çox problem yaradacaqlar. Heç şübhəsiz, oyunun favoriti İspaniyadı. Ancaq bizim yığma da yaxşı komandadı. Turnirin favoritləri sırasında İtaliyanın da adını çəkmək lazımdı. Onlar həmişə varlıqlarını hiss etdirirlər”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol