• $
  • €
  • ₽
  • ₺
  • £

Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"

Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
29.05.2020 09:38
Əfsanəvi italiyalı futbolçu Andrea Pirlo Farih Terim haqda sensasiyalı fikirlər səsləndirib.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, hazırda ABŞ-ın "Nyu-York Siti” klubunda oynayan Pirlo özünün xatirələr kitabında "Milan”da Fatih Terimin rəhbərliyi altında çıxış etdiyi dövrlərə də toxunub.

"Berluskoni ilə Ançetlotti arasında qarşılıqlı hörmətə dayanan münasibətlər vardı. Amma "Milan”da heç də bütün məşqçilərin klub rəhbəri ilə belə münasibəti yox idi. Götürək, elə Fatih Terimi. O, qaydalara allergiyası olan insan təsiri bağışlayırdı. "Milan”a gəldiyi ilk günlərdən burada çox işləməyəcəyi aydın idi. Gözlənildiyi kimi də oldu. Qısa müddət sonra qovuldu. Terim İtaliyaya gələnə qədər istədiklərini diqtə etdiyi aşağı səviyyəli klublarda çalışmışdı. Amma bura "Milan” idi. Burada elə qaydalar vardı ki, ona hökmən əməl etməli idin. Məsələn, şam yeməyinə gec gəlirdi. "Milan”ı təmsil etdiyi tədbirlərə qalstuk taxmadan gedirdi, sonra isə evində onu kimsə gözləyirmiş kimi, heç kimə xəbər vermədən oranı tərk edirdi.                                        

Qalliani ("Milan”ın vitse-prezidenti – red.) isə masada tək qalmaq məcburiyyətində qalırdı. Məşqlərdə onu Con Travolta kimi qərib, rəngli paltarlarda görürdük. Bütün fəaliyyəti boyu yanında dəliyə bənzər bir tərcüməçi gəzirdi. Onun beş dəqiqəlik danışığını könülsüz şəkildə bizə çatdırır və cəmi beş saniyəyə yerləşdirmək istəyirdi. Tərcüməçisi bir dəfə Terimə media ilə bütün əlaqələrini tamamilə kəsməyi tövsiyə etdi. Təsəvvür edirsiz, media ilə əlaqələri kəsmək... Tamamilə... Və "Milan”da. Qarşılıqlı əlaqələrin hər şeydən önəmli və mükəmməl olduğu  bir klubda”.

Pirlo Fatih Terimin taktika savadına şübhə etdiyini yazıb:                                  

"Fəaliyyətə başladığı ilk günlərdə onun keçirdiyi iclaslar unudulmaz idi. O, əlinə bir təbaşir götürərək taktiki lövhəyə 11 dairə çəkirdi. Hər dairə meydana çıxacaq bir futbolçunu təmsil edirdi. Ancaq sonra lövhə onun çəkdiyi oxlardan və qaralamalardan elə hala gəlirdi ki, heç nə başa düşmək olmurdu. Qısası, tam bir xaos. Lövhəyə baxanda yalnız qapıçı hansı mövqedə oynacayağını bilirdi.

Bir dəfə toplantıda bir dairə çəkib, Kostakurtaya xitabən "sən burda olmalısan” dedi. Axırda dözməyib ona bildirdim ki, "patron, az əvvəl o göstərdiyin dairədə mənim olacağımı söyləmişdin”.

İşin ən pis tərəfi o idi ki, Terim danışdıqca müdafiə xəttindəki futbolçularla hücumdakıları qarışdırmağa başlayırdı. Artıq vəziyyət elə həddə çatmışdı ki, biz futbolçular öz aramızda zarafatla deyirdik: "Yəqin Terim Berluskoninin heç kimə danışmadığı yuxusu olan 2-4-4 taktikasını həyata keçirir”.

Ancaq zarafat bir yana, Terimin taktiki savadı çox aşağı idi. Bütün komandanı oyuna qışqırıb-bağırmaqla motivasiya etməyə çalışırdı. Belə olan halda, yaxşı nəticə qazanmağa ümid edirdi. Bəlkə də başqa yerlərdə onun bu istəyinin həyata keçməsi mümkün idi. Amma bu plan "Milan”da özünü doğrulda bilməzdi və doğrultmadı da. "Milan”da uzun müddət qalmaq üçün daha yaxşı işlər görməyə ehtiyac var”.

Xatırladaq ki, Fatih Terim 2001-ci ildə "Milan”da bir neçə ay işləyib, sonra istefaya göndərilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol