• $
  • €
  • ₽
  • ₺
  • £

Xorvatiya 1/8 finalda, Türkiyə şansını saxladı

Xorvatiya 1/8 finalda, Türkiyə şansını saxladı
22.06.2016 09:12
"Avro-2016"da qrup mərhələsinin III turunun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, D qrupunda iki oyun keçirilib.

Turnirə olduqca uğursuz başlayan Türkiyə millisi qrupda son matçına çıxıb. Fatih Terimin komandası Çexiya ilə üz-üzə gəlib. "Ay ulduzlular" 2:0 hesabı ilə qalib gələrək 1/8 finala çıxmaq şansını saxlayıb. Türklər digər qruplardakı nəticələri gözləməlidir. Cəmi 1 xal toplayan Çexiya millisi isə turnirlə vidalaşıb.

Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə münasibətlərinə aydınlıq gətirib.  Qrup lideri olan ispanları bu matçda heç-heçə də qane edəcəkdi. Lakin xorvatlar güclü rəqibinə qalib gələrək (2:1) qrup liderliyinə yüksəlib. 

D qrupu

23:00. Çexiya – Türkiyə - 0:2 
Qol: Burak Yılmaz, 10 (0:1), Ozan Tufan, 65 (0:2)
Baş hakim: Villaim kollum (Şotlandiya)
Yan xətt hakimləri: Damien Makqreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya)
Əlavə köməkçi hakimlər: Bobbi Maden, Con Biton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Sergey Lapoçkin (Rusiya)
Lans. "Bollart-Delelis" stadionu.

23:00. Xorvatiya - İspaniya - 2:1 
Qol: Alvaro Morata, 7 (0:1), Kaliniç, 45 (1:1), Perişiç, 87 (2:1)
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Roekel və Ervin Zeinstra 
Əlavə köməkçi hakimlər: Pol van Boekel (hamısı Hollandiya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Bordo. "Bordo" stadionu.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol