Fatih Terim 21 nəfəri məhkəməyə verdi

Türkiyə millisinin baş məşqçisi Fatih Terim gözlənilməz qərar verib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Avro-2016”da uğursuz çıxışlarına görə sosial şəbəkələrdə ailəsini təhqir edən 21 nəfəri məhkəməyə verib.
Vəkili vasitəsi ilə İstanbul məhkəməsinə şikayət ərizəsi təqdim edən Terim ailəsini təhqir edənlərin cəzalandırılmasını istəyib.
Qeyd edək ki, Türkiyənin İspaniyaya 0:3 hesabı ilə məğlub olduğu oyundan sonra sonra bir qrup azarkeş Fatih Terimin qızı Buse Terimi "instagram" və "twitter" sosial şəbəklərində təhqir etmişdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























